İrəvanda azərbaycanlı diversant saxlanılıb? – Ermənsitan DİN-dən açıqlama


“Sosial şəbəkələrdə İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı yayılan məlumat reallığa uyğun gəlmir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Narek Sarkisyan “Armenpress”ə deyib.
O bildirib ki, aprelin 8-də saat 23:25 radələrində polis əməkdaşları Maştotsun prospekti və Əmiryan küçəsinin kəsişməsində Rusiya Federasiyası vətəndaşını narkotik gəzdirməkdə şübhəli bilərək saxlayıb Baş Polis İdarəsinə aparıblar.
“Onun üzərində heç bir narkotik maddə aşkar edilməyib və Ermənistana turizm məqsədilə gəldiyi məlum olub. O, azadlığa buraxılıb”, - Sarkisyan deyib.
Qeyd edək ki, daha əvvəl “Telegram” kanallarından birində video yayılıb və kadrları lentə alan İrəvanın mərkəzində saxlanılan şəxsin azərbaycanlı diversant olduğunu iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top