
“Biz çox açıq şəkildə bildirdik ki, bu münaqişənin həlli üçün irəliyə doğru yol son nəticədə danışıqlar masasındadır”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi ənənəvi brifinqdə Azərbaycan-Ermənistan münasibətlərini şərh edərkən deyib.
O bildirib ki, ABŞ həmişə dialoqu alqışladığını açıq şəkildə bəyan edib:
“Katib (ABŞ dövlət katibi Antoni Blinken – red.) həm Ermənistan, həm də Azərbaycan liderləri ilə əlaqə saxladıqda, iki tərəf arasında dialoqun olması lazım olduğunu açıq şəkildə bildirdi. Biz bu dialoqu asanlaşdırmaq üçün əlimizdən gələni etməkdən məmnunuq və bunu davam etdirəcəyik. Lakin qarşıdan gələn hər hansı konkret görüşlər barədə danışmaq istəmirəm”.
Tətbiqimizi yükləyə bilərsiniz