HƏMAS İsrailin Qəzzada son atəşkəs təklifini rədd edib


Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişinin bağlanması ilə bağlı İsrailin son təklifini rədd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə HƏMAS-ın Xarici Ölkələrlə Əlaqələr üzrə Milli Bürosunun rəhbəri Əli Barakə “Reuters” agentliyinə şərhində bildirib.
Agentliyin məlumatına görə, İsrail tərəfinin nümayəndələri Qahirədə keçirilən danışıqlarda təkliflə çıxış ediblər. Bundan əvvəl “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən xəbər verib ki, İsrail və HƏMAS arasında məsləhətləşmələrdə çıxış edən vasitəçilər münaqişə tərəflərinə Fələstin anklavında üç mərhələdə həyata keçirilməli olan atəşkəslə bağlı yeni təklif təqdim ediblər.
Qeyd edək ki, aprelin 7-də Qahirədə Qəzzada atəşkəsin yaradılması üzrə danışıqların növbəti mərhələsi başlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top