
2024-cü ilin ilk Günəş tutulması başlayıb.
Yeniavaz.com xəbər verir ki, hadisə aprelin 8-də Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-da saat 00:52-də başa çatacaq.
Tutulma 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə çəkəcək.
Qeyd edək ki, Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu hadisə müşahidə edilməyəcək. Tam tutulma Meksika, ABŞ və Kanadadan görünəcək.
Tətbiqimizi yükləyə bilərsiniz