
“İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirmək planlarından əl çəkmir, onun başlama tarixi artıq müəyyənləşib”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Baş nazir bildirib ki, Qahirədə aparılan danışıqlarla bağlı ətraflı hesabat alıb:
“Biz daim öz məqsədlərimizə nail olmaq üçün çalışırıq - ilk növbədə, bütün girovlarımızı azad etmək və HƏMAS üzərində tam qələbəyə nail olmaq. Bu qələbə üçün Rəfəha daxil olmaq və oradakı terrorçu batalyonları məhv etmək lazımdır. Bu baş verəcək, artıq tarix var”.
Bununla belə, Netanyahu konkret tarix açıqlamayıb.