“Ermənistan xalqın Avropa istəklərini rəhbər tutmaq niyyətindədir” – Mirzoyan


“Ermənistan rəhbərliyi erməni xalqının Avropa istəklərini rəhbər tutacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Avropa Şurasının Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.
“Ermənistan xalqının Avropa istəkləri var və biz bu istəkləri rəhbər tutacağıq”, - nazir bildirib.
Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə toxunan Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələri təqdim edib, sülhə hazır olduqlarını bildirib. Mirzoyan regionun iqtisadi inkişafının təmin edilməsi kontekstində nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılmasının vacibliyini vurğulayaraq, bu məsələyə marağın təzahürü kimi Ermənistan hökumətinin hazırladığı “Dünyanın kəsişməsi” proqramını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top