Trampın keçmiş tərəfdarları öz partiyalarını yaradırlar


Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın keçmiş tərəfdarları, həmçinin ofisinin əməkdaşları öz partiyalarını yaratmaq qərarına gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
“Respublikamız üçün heç vaxt Donald Trampdan daha böyük təhlükə olmayıb”, - deyə qəzet ABŞ-nin keçmiş vitse-prezidenti Dik Çeynidən sitat gətirib.
Mətndən belə məlum olur ki, bir sıra keçmiş Tramp tərəfdarları MAGA (“Make America Great Again” - “Amerikanı yenidən möhtəşəm edək”) hərəkatını dəstəkləməkdən imtina ediblər və “Sürgündə Respublikaçılar Partiyası”nı yaratmaq qərarına gəliblər.
Qeyd edək ki, məqalə müəllifləri Trampın üçüncü dəfə prezident seçkilərində Respublikaçılar Partiyasını təmsil edəcəyinə şübhə etmirlər. Eyni zamanda, partiyanın onun üçün yalnız ambisiyalarını həyata keçirmək üçün bir vasitə kimi çıxış etdiyinə əminliklərini ifadə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top