
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış iqlim fəalı Qreta Tunberqin saxlanılması ilə bağlı narahatlığını ifadə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirliyin “X” (Twitter) səhifəsində məlumat dərc olunub.
“Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılması bizi narahat edir.
“COP29 sədri olaraq biz Hollandiya hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq”, - məlumatda deyilir.
Nazirliyin bu çağırışı sözügedən sosial şəbəkədə gündəmə çevrilib və müzakirələrə səbəb olub. Belə ki, Azərbaycandan və fərqli ölkələrdən istifadəçilər Azərbaycanda da insanların dinc aksiyalar zamanı saxlanıldığını bildirərək XİN-in bu çağırışının yersiz olduğunu bəyan ediblər.
Bəzi azərbaycanlı istifadəçilər isə bu çağırışın məsxərə mövzusu olduğunu və ölkənin imicinə zərər vurduğunu əsas gətirərək XİN-dən məlumatı silməsini tələb ediblər.
Sözügedən tviti təqdim edirik:
We are disturbed by the detention of the prominent climate activist @GretaThunberg during peaceful demonstration in The Hague.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 6, 2024
As a @COP29_AZ presidency we call on the Dutch authorities to respect the freedom of expression of climate protestors, and release those detained.
Tətbiqimizi yükləyə bilərsiniz