
İraq hökuməti Qəzza zolağına humanitar yardım olaraq 10 milyon litr yanacaq tədarük etmək niyyətində olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Bildirilir ki, İraq hakimiyyəti yaralı fələstinliləri dövlət xəstəxanalarında və özəl tibb mərkəzlərində müalicə üçün qəbul etməyə hazır olduqlarını da açıqlayıb.
Xatırladaq ki, ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav, həmçinin Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Tətbiqimizi yükləyə bilərsiniz