Gürcüstanın paytaxtında partlayış – Ölənlər var


Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq poliqonunun ərazisində güclü partlayış baş verib.
Yeniavaz.com
ölkə mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidmətindən verilən məlumata əsasən, daha 3 nəfər yaralanıb.
Qeyd olunub ki, partlayışı baş verdiyi “Battleground” atıcılıq poliqonu özəl mülkdür.
Hadisənin səbəbi hələlik məlum deyil, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top