Qəzzada ölü və yaralıların ümumi sayı 110 minə çatır


2023-cü ilin oktyabr ayının əvvəlindən İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 33,2 min fələstinli həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı hazırda 33 min 175 nəfərə çatıb, daha 75 min 886 nəfər yaralanıb”, - məlumatda deyilir.
Qeyd olunub ki, təkcə son 24 saat ərzində Qəzzada 38 nəfər ölüb, 71 nəfər yaralanıb.
Xatırladaq ki, ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav, həmçinin Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

DİGƏR XƏBƏRLƏR

Top