
“Qəzza zolağında vəziyyətin nizamlanması, ilk növbədə atəşkəs və İsrail həbsxanalarında olan fələstinli əsirlərin dəyişdirilməsi məsələləri üzrə danışıqlar bazar günü Qahirədə keçiriləcək”.
Yeniavaz.com xəbər verir ki, bunu “Əl-Qahirə Əl-İxbariyyə” telekanalına yüksək vəzifəli Misir mənbəsi təsdiqləyib.
Onun sözlərinə görə, bazar günü Qahirədə Qəzzada sakitliyin bərpası yollarını müzakirə etmək üçün görüşlər keçiriləcək:
“Dialoqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani, həmçinin İsrail nümayəndə heyəti iştirak edəcək”.
Bundan əvvəl İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barneanın İsrail tərəfdən Qahirəyə gedəcəyi bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz