“Qreta Tunberq Haaqadakı etiraz aksiyasında saxlanıldı” – KİV


Hollandiya polisinin isveçli iqlim fəalı Qreta Tunberqi Haaqada icazəsiz etiraz aksiyasında saxladığı deyilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
Bildirilir ki, “Extinction Rebellion” təşkilatının nümayişçiləri Hollandiyanın siyasi paytaxtı Amsterdamı, Rotterdamı və Utrexti də daxil olmaqla digər böyük şəhərlərlə birləşdirən A12 magistral yolunu bağlamağı planlaşdırıblar.
Qeyd edilir ki, polis bir neçə yüz fəalı saxlayıb, onların arasında Tunberq də olub.

DİGƏR XƏBƏRLƏR

Top