Qəzzada ölənlərin sayı 33,1 mini keçdi


İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 33,1 mini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 33 min 137-yə, yaralananların sayı isə 75 min 815-ə çatıb.
Qəzza Səhiyyə Nazirliyi həmçinin bildirib ki, təkcə son 24 saatda Qəzzada 46 fələstinli ölüb, 65 fələstinli isə yaralanıb.
Nazirliyin məlumatında həmçinin, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top