
“Mən həm ruhən, həm də pullarımla ermənilərin tərəfindəyəm” deyən rusiyalı iş adamı Anastasiya Tatulova Rusiyada “xarici agent”lər siyahısına daxil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, “Anderson” kafelər şəbəkəsinin sahibi Anastasiya Tatulova 44 günlük İkinci Qarabağ müharibəsi dövründə sosial şəbəkədə status yazmış və maddi və mənəvi cəhətdən erməniləri dəstəklədiyini bildirmişdi.
Xatırladaq ki, A.Tatulovanın 2020-ci ildəki məlum statusundan sonra Bakıda onunla franşiza müqaviləsi ilə işləyən eyniadlı kafe əməkdaşlıqdan imtina etmiş və bağlanmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz