ABŞ bu il İŞİD-ə qarşı 94 əməliyyat keçirib


2024-cü ilin birinci rübündə (yanvardan mart ayına qədər) ABŞ Suriya və İraqda İŞİD terror təşkilatına qarşı 94 əməliyyat keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cümə günü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Biz yanvardan mart ayına qədər İŞİD-i məğlub etmək üçün 94 missiya keçirdik, nəticədə 18 yaraqlı öldürüldü, 63 yaraqlı saxlanıldı”, - məlumatda bildirilib.
Məlumata görə, əməliyyatların 66-sı İraqda, 28-i Suriyada həyata keçirilib.
“Suriya və İraqda təxminən 2,5 min yaraqlının təqibinin davam etdirilməsi İŞİD-in son məğlubiyyətinin vacib komponentidir”, - məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top