
Seneqalda 25 nazir və 5 dövlət katibinin daxil olduğu yeni hökumət formalaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Seneqal Mətbuat Agentliyi məlumat yayıb.
Məlumata görə, İnteqrasiya və xarici işlər naziri vəzifəsini hökumətdəki 4 qadından biri olan Yasin Fall tutub. General Biram Diop müdafiə naziri, Jan-Batist Tin daxili işlər naziri, Usman Dian isə ədliyyə naziri olub.
İqtisadiyyat, planlaşdırma və əməkdaşlıq naziri vəzifəsinə Əbdürrəhman Sarr, balıqçılıq, dənizçilik və liman infrastrukturu naziri vəzifəsinə Fatu Diuf, energetika, neft və mədən sənayesi naziri vəzifəsinə Biram Suley Diop təyin edilib.
Aprelin 2-də Seneqal Prezidenti Bassiru Diomay Fay baş nazir vəzifəsinə Usman Sonkonu təyin edib.
Tətbiqimizi yükləyə bilərsiniz