Ermənistanda keçmiş müdafiə naziri yeni partiya yaratdı


“Ümuerməni cəbhəsi” hərəkatının lideri, keçmiş müdafiə naziri Arşak Karapetyanın təşəbbüsü ilə yaradılan “Ümumaməni cəbhəsi” partiyasının təsis qurultayı keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “News.am” portalı məlumat yayıb.
Məlumata görə, qurultay İrəvanda “Armenia Marriot” hotelinin “Tiqran Mets” zalında keçirilib.
“Biz güclü dövlət yaradacağıq”, - Arşak Karapetyan qurultaydakı çıxışında deyib.
Qurultayın yekunlarına görə Arşak Karapetyan partiyanın lideri seçilib. Partiya lideri Arşak Karapetyan yekun çıxışında 7 nəfərdən ibarət şura yaradılmasını təklif edib. Namizədlər səsvermənin nəticələrinə əsasən qurultayda iştirak edən nümayəndələr tərəfindən təsdiq edilib. Liderin tövsiyəsi ilə Hovhannes Şahinyan partiyanın baş katibi vəzifəsinə seçilib.

DİGƏR XƏBƏRLƏR

Top