
Bu il Ukrayna 2 milyondan çox müxtəlif tipli dron istehsal edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye nazirinin müavini Anna Qvozdyar Yaponiya ictimai televiziyasına müsahibəsində bildirib.
“Bu il biz 2 milyondan çox müxtəlif tipli dron istehsal etməyə hazırıq”, - nazir müavini bildirib
O, həmçinin bildirib ki, Ukrayna tərəfi süni intellekt texnologiyalarından istifadə etməklə yeni tip pilotsuz təyyarələr hazırlayır.
Qvozdyar əmin olduğunu bildirib ki, süni intellekt belə dronlara hətta əks tədbirlər şəraitində belə marşrutlarda hərəkət etməyə və hədəflərə çatmağa imkan verəcək.
Tətbiqimizi yükləyə bilərsiniz