
İslandiyanın Baş naziri Katrin Yakobsdouttir istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İslandiyanın RUV televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, o, iyunda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək üçün vəzifəsini tərk edib.
Qeyd edək ki, Katrin Yakobsdouttir 30 noyabr 2017-ci ildən İslandiyanın baş naziri vəzifəsini icra edir.
Tətbiqimizi yükləyə bilərsiniz