Ağdamda detonator partladı – Xəsarət alan var


Aprelin 6-da Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən alüminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top