ABŞ və İsrail orduları yüksək hazırlıq vəziyyətinə gətirildi


ABŞ və İsrail İrandan mümkün hücum xəbərlərinə görə ordularını yüksək hazırlıq vəziyyətinə gətiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ və İsrail öz qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Bundan əlavə, İsrail Silahlı Qüvvələri döyüş hissələrinin buraxılmasını ləğv edib. Həmçinin, onlar ehtiyatda olan bəzi əsgərləri hava hücumundan müdafiə bölmələrinə çağırıb. Bundan başqa, İsrail Silahlı Qüvvələri GPS siqnallarını da bloklayıb.
İki İran rəsmisi nəşrə bildirib ki, İrandakı silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir.
Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi aprelin 1-də Dəməşqdəki konsulluğuna hücumun qisasını almaq üçün İrandan gələn hədələrlə əlaqədar müxtəlif ölkələrdəki 28 diplomatik missiyanın işini dayandırıb. Diplomatlara evdən çıxmamaq, həmçinin adi marşrutlarını dəyişmək və müəyyən edilmiş gündəlik rejimini pozmaq tövsiyə olunub.

DİGƏR XƏBƏRLƏR

Top