İsrail ordusu Qəzzada könüllülərin ölümünə görə məsuliyyəti üzərinə götürdü


“Qəzza zolağında “World Central Kitchen” (WCK) humanitar təşkilatının könüllülərinin ölümü İsrail hərbçilərinin səhvi nəticəsində baş verib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Ordusunun sözçüsü Daniel Haqari qurumun mətbuat xidmətinin yaydığı xüsusi videomüraciətdə bildirib.
Haqari hadisəyə görə məsuliyyəti İsrail Müdafiə Qüvvələrinin öz üzərinə götürdüyünü deyib:
“Bu faciədir. Bu, dəhşətli səhvlər silsiləsi idi və bu, heç vaxt baş verməməli idi. İMQ bu bədbəxt insan itkisinə görə bütün məsuliyyəti öz üzərinə götürür”.
Haqari hadisə ilə bağlı bir daha başsağlığı verib və İsrail hərbçilərinin səhv zərbəsi nəticəsində yeddi WCK könüllüsünün öldüyü istintaqın daha əvvəl açıqlanan nəticələrini təkrarlayıb:
“Gecə vaxtı humanitar maşınların dəqiq tanınmasına mane olub. Avtomobilləri hədəfə alan dron operatorları qaranlıqda damlarında olan WCK loqolarını görə bilməyiblər. Araşdırmadan sonra hadisəyə birbaşa cavabdeh olan iki zabitin işdən çıxarılması və Cənub Komandanlığının rəisi də daxil olmaqla daha üç yüksək rütbəli zabitə töhmət verilməsi barədə qərar qəbul edilib”.

DİGƏR XƏBƏRLƏR

Top