Nyu-Yorkda zəlzələ oldu – BMT-nin iclası dayandırıldı


Aprelin 5-də yerli vaxtla saat 10:23-də (Bakı vaxtı ilə 18:23) Nyu-York ərazisində 4,8 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, zəlzələnin episentri Manhettendən təxminən 80 kilometr qərbdə, Nyu-Cersi ştatının Livan şəhərində olub.
Ştat qubernatoru Keti Hoçul bildirib ki, zəlzələ bütün Nyu Yorkda hiss olunub.
Yeraltı təkanlar səbəbindən təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən BMT Təhlükəsizlik Şurasının iclası müvəqqəti olaraq dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top