
Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”a hücumla bağlı iş üzrə 11-ci müttəhim Məhəmməd Şaripzodanı həbs edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Moskvanın Basmannı rayon məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndində (mütəşəkkil dəstə tərəfindən törədilmiş, insanın ölümü ilə nəticələnən terror aktı) nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Tacikistan Respublikası vətəndaşı Şaripzoda Muhammad Zoir barəsində həbs-qətimkan tədbiri seçib”, - məlumatda deyilir.
Bildirilir ki, məhkəmə onun barəsində 1 ay 18 gün müddətinə, yəni mayın 22-dək həbs qətimkan tədbiri seçib.
Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktını həyata keçirənlərin Ukrayna ilə əlaqəsini sübuta yetirdiklərini bəyan edib.
Tətbiqimizi yükləyə bilərsiniz