
“Ukraynanın NATO-ya daxil olması nüvə apokalipsisi haqqında filmin başlanğıcı olacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İlon Mask “X” sosial şəbəkə səhifəsində bildirib.
“Bu, sözün əsl mənasında nüvə apokalipsisi haqqında filmin başlanğıcıdır” - deyə o, “X”də ABŞ dövlət katibi Antoni Blinken və Ukrayna xarici işlər naziri Dmitri Kulebanın Ukraynanın NATO-ya üzv olması ilə bağlı çıxışına şərhində bildirib.
Mask öz şərhinə SSRİ ilə ABŞ arasında uydurma nüvə müharibəsinin kadrları ilə “The Day After” (1983) bədii filmindən fraqment əlavə edib.
Qeyd edək ki, çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın alyansa üzv olmasının zəruriliyini təkrarlayıb, lakin bunun nə vaxt baş verəcəyini bilmədiyini söyləyib.
Xaırladaq ki, 2022-ci ilin sentyabrında Ukrayna sürətləndirilmiş əsaslarla NATO-ya daxil olmaq üçün ərizə təqdim edib və alyansın 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən sammitində lazımi şərtlər yerinə yetirildikdə qəbul ediləcəyi ilə bağlı təminat alıb. Ancaq Brüsseldə onun NATO-ya qəbul ediləcəyi ilə bağlı hər hansı tarix açıqlanmayıb.
Hazırda təşkilata 32 dövlət daxildir və demək olar ki, bütün Avropa ölkələri, Kanada, ABŞ, Türkiyə. Bosniya və Herseqovina alyansa yeni üzvlərin qəbulu proqramında iştirak edir. NATO-ya daxil olmaq üçün ölkə fərdi planın şərtlərini yerinə yetirməli, ərazi mübahisəsi yaşamamalı, silahlı qüvvələrini alyansın standartlarına uyğunlaşdırmalıdır.
Tətbiqimizi yükləyə bilərsiniz