Husilər Qəzzada eskalasiya başlayandan bəri ən azı 90 gəmiyə hücum edib


Yəmənin üsyançı “Ənsar Allah” (Husi) hərəkatının üzvləri Qəzza zolağında Fələstin-İsrail qarşıdurması başlayandan bəri ən azı 90 gəmiyə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bunu üsyançıların lideri Əbdülməlik əl-Husi “Ənsar Allah” saytında dərc olunan bəyanatında bildirib.
“Yəməndəki cəbhəmizdə Qırmızı dəniz və Ərəbistan dənizindən Hind okeanına qədər hərbi əməliyyatları davam etdiririk, həmçinin Umm ər-Rəşraş bölgəsində (Eilatın ərəbcə adıdır) İsrailin düşmən hədəflərinə zərbələr endirməkdə davam edirik”, - bəyanatda bildirilir.
“Cəmi bir ay ərzində əməliyyatların sayı 34-ə çatıb, onlar 125 ballistik və qanadlı raketlər, həmçinin pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib”, - Husi lideri qeyd edib.
““Ənsar Allah” liderinin sözlərinə görə, ABŞ və Böyük Britaniya husilərin hücumlarını dayandırmaqda aciz olduqlarını etiraf ediblər.

DİGƏR XƏBƏRLƏR

Top