Tayvan sahillərində meydana gələn zəlzələdə ölənlərin sayı artdı


Tayvan yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Mərkəzinin hesabatında qeyd olunub.
Bildirilib ki, 1106 sakin xəsarət alıb.
Yenilənmiş məlumatlara görə, 705 nəfər çətin relyefli ərazilərdə yardım gözləyir: onlardan 500-dən çoxu Taroko Milli Parkının dağlıq ərazilərindədir. Həmçinin 18 nəfər hələ də itkin sayılır.
Xatırladaq ki, aprelin 3-də səhər saatlarında Okinavanın cənub-qərbində 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib.

DİGƏR XƏBƏRLƏR

Top