
Xəbər verdiyimiz kimi, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərin nəticələri açıqlandıqdan sonra bir çox vilayət və rayonda namizədlər, eləcə də partiyalar səslərin yenidən sayılmasını, hətta nəticələrin ləğv edilməsini tələb ediblər.
Yeniavaz.com xəbər verir ki, belə vilayətlərdən biri də Cümhuriyyət Xalq Partiyası (CHP) namizədinin qalib gəldiyi Ardahan vilayətidir.
Belə ki, qeyri-rəsmi nəticələrə əsasən CHP CHP-nin namizədi və hazırkı bələdiyyə sədri Faruk eəmir 5 min 49, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Yunus Baydar isə 4 min 875 səs toplayıb.
AKP Ardahan təşkilatı bütün səslərin yenidən sayılması və seçkinin nəticələrinin ləğvi üçün Seçki Şurasına etiraz edib. Şura AKP-nin ərizə ilə təqdim etdiyi dəlillərə əsaslanaraq səs çoxluğu ilə seçkilərin yenilənməsinə qərar verib.
Tətbiqimizi yükləyə bilərsiniz