
ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya humanitar işçilərə hücumların qəbuledilməz olduğunu deyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənəddə qeyd edilir ki, cümə axşamı baş tutan telefon danışığı zamanı Bayden Netanyahu ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib:
“Prezident Bayden humanitar işçilərə hücumların qəbuledilməzliyini, eləcə də Qəzza zolağındakı ümumi humanitar vəziyyəti müzakirə etdi.
Amerika lideri qeyd edib ki, İsrail mülki şəxslərə və humanitar işçilərə zərərin qarşısını almaq üçün konkret addımlar təqdim etməli və həyata keçirməlidir”.
Ağ Evin mətbuat xidməti vurğulayıb ki, ABŞ-nin Qəzza zolağına dair siyasəti Amerika administrasiyasının İsrailin bu sahədəki təcili tədbirləri ilə bağlı qiymətləndirmələri ilə müəyyən ediləcək.
Tətbiqimizi yükləyə bilərsiniz