Aİ Ermənistanı öldürücü olmayan silahlarla təmin etmək niyyətindədir


“Avropa İttifaqı (Aİ) Ermənistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək və onu öldürücü olmayan silahlarla təmin etmək niyyətindədir”.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos parlamentdə bildirib.
“Aİ Ermənistan Respublikasının Silahlı Qüvvələrinə öldürücü olmayan silahların verilməsi baxımından dəstək vermək niyyətindədir, söhbət əhəmiyyətli dəstəkdən gedir. Aİ regionda vəziyyətin sabitləşdirilməsinə və nizamlanmasına, o cümlədən Avropa Şurasının prezidentinin təşkil etdiyi görüşlərə tam sadiq qalır”, - deyə Maraqos vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top