“Rusiya-NATO münasibətləri birbaşa qarşıdurma səviyyəsindədir” – Peskov


“Rusiya və Şimali Atlantika Alyansı (NATO) arasında münasibətlər birbaşa qarşıdurma səviyyəsinədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Faktiki olaraq münasibətlər indi birbaşa qarşıdurma səviyyəsinədir. Çünki NATO ölkələri, həmçinin NATO-nun özü artıq Ukrayna ətrafında münaqişəyə cəlb olunub. NATO sərhədlərimizə doğru hərəkətini davam etdirir”, - Peskov deyib.
Rusiya Prezidentinin mətbuat katibi NATO-nu Avropa qitəsində təhlükəsizliyə töhfə verməyən, sabitliyi pozan amil hesab etdiyini bildirib.
“Əslində, NATO öz mahiyyətini nümayiş etdirməkdə davam edir. Çünki NATO Amerika Birləşmiş Ştatları tərəfindən idarə edilən Avropa qitəsində qarşıdurma aləti olaraq yaradılıb. NATO bununla bağlı öz funksiyalarını yerinə yetirməkdə davam edir, lakin bu, hazırda qitədə təhlükəsizliyə və sabitliyə heç bir töhfə vermir, əksinə, sabitliyi pozan amil rolunu oynayır”, - Kremlin sözçüsü qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top