““X”də trafik bütün dövrlərin rekord səviyyəsinə çatdı” – İlon Mask


“X” sosial şəbəkəsində trafik aylıq 3,3 milyard istifadəçiyə qədər artaraq rekord həddə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask buradakı hesabında məlumat dərc edib.
O, 3 aprel 2024-cü il tarixdə sosial şəbəkə trafikinin illər ərzində necə dəyişdiyini göstərən bir qrafik dərc edib. Qrafik göstərir ki, “X”in trafiki 2022-ci ilin sonunda Mask sosial şəbəkəni satın aldıqdan sonra kəskin artıb. Milyarder bu xidməti əldə edən zaman onun trafiki təxminən 1 milyard istifadəçi olub.
Maskın bu postu 24 saatdan az müddətdə 12 milyon baxış, 87 min bəyənmə və 8 min repost alıb.
Qeyd edək ki, İlon Mask “Twitter”i 2022-ci ilin oktyabrında 44 milyard dollara alıb. Milyarderin “X”dəki hesabını180 milyon insan təqib edir.

DİGƏR XƏBƏRLƏR

Top