
Türkiyə Ermənistanı işğaldan azad edilən ərazilərin dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyə çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə yaydığı bəyanatda qeyd edilib.
Bəyanata görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb etmək məqsədilə aprelin 4-nü Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü elan edib.
“Uzun müddətdir ki, minalarla çirklənmə ilə bağlı ciddi təhlükə ilə üzləşən Əfqanıstanın və işğaldan azad etdiyi ərazilərdə aşkar edilməmiş çoxlu minaları olan Azərbaycanın narahatlıqlarını bölüşürük. Biz Ermənistanı Azərbaycana dəqiq mina xəritələrini təhvil verməyə çağırırıq”, - bəyanatda bildirilib.
Bəyanatda həmçinin, Türkiyənin mina riskləri ilə mübarizə aparan ölkələrə beynəlxalq səviyyədə dəstəyini davam etdirəcəyi ifadə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz