İsrailin Qəzza zolağında hərbi əməliyyatı başlayandan bəri həlak olan fələstinlilərin sayı 33 mini keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Ötən ilin oktyabr ayından Qəzzada İsrailin hücumu qurbanlarının sayı 33 min 37 nəfərə yüksəlib, 75 min 668 nəfər isə yaralanıb”, - məlumatda bildirilib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, təkcə son 24 saat ərzində anklavda 62 nəfər ölüb, 91 nəfər yaralanıb.
Vurğulanıb ki, ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır, həkimlər və xilasedicilər hələ də onlara çata bilmirlər.