Kadırov məmurları sakinlərin mağaza borclarını ödəməyə çağırdı


Çeçenistan rəhbəri Ramzan Kadırov məmurları müqəddəs Ramazan ayı şərəfinə sakinlərin ərzaq mağazalarındakı borclarını ödəməyə çağırıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, o, Qroznıda keçirilən iclasda müvafiq müraciətlə çıxış edib.
“Mən Xədicətdən (Çeçenistan rəhbərinin qızı, region rəhbəri və hökuməti administrasiyası rəhbərinin müavini) SMS aldım ki, bir çox insanlar maddi imkanları olmadığı üçün nisyə mal almağa məcburdurlar. Onları ödəməkdə köməklik etmək yaxşı olardı. Hətta, yaxşı olardı ki, hamı özünə bir ərazi götürsün və borcları ödəsin”, - Kadırov bildirib.
Kadırov həmçinin bildirib ki, yaşadığı ərazidəki borcları özü ödəyəcək.

DİGƏR XƏBƏRLƏR

Top