İranda ölən polislərin sayı 5-ə çatdı – Yenilənib


Çabahar və Rask, Sistan və Bəlucistan şəhərlərində hərbi və polis obyektlərinə silahlı terror hücumları nəticəsində İranın hüquq-mühafizə orqanlarının və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) 5 üzvü həlak olub.
Yeniavaz.com
IRNA-ya istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Məcid Mirəhmədi məlumat verib.
O bildirib ki, daha 10 polis yaralanıb:
“Əməliyyat zamanı səkkiz terrorçu məhv edilib. Raskada bir neçə yaraqlı təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Tezliklə ya saxlanılacaqlar, ya da məhv ediləcəklər. Terrorçular arasında itkilər 20 nəfərə qədər arta bilər”.
Daxili işlər nazirinin müavininin sözlərinə görə, Çaxəbərdə də SEPAH-ın qərargahına hücum cəhdindən sonra silahlılar yaşayış binalarından birinə soxulub və bir neçə nəfəri girov götürüblər. Qeyd olunub ki, SEPAH hərbçiləri onları azad etmək üçün əməliyyat keçirir.

***09:19
İranın Sistan və Bəlucistan əyalətinin Çabahar və Rask şəhərlərində polis məntəqələrinə silahlı hücum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Mərhəməti “Jamaran” agentliyinə bildirib.
“Axşam saat 22 radələrində terrorçular Çabaharda bir neçə polis bölməsinə hücum ediblər. Təhlükəsizlik qüvvələrimizin və hüquq-mühafizə orqanlarının köməyi ilə onların hücumu dəf edilib, onlardan bəziləri ölüb və ya yaralanıb. Təəssüf ki, üç döyüşçümüz həlak olub”, - deyə Mərhəməti bildirib.
Qeyd olunub ki, Ruskda polis bölməsinə daxil olmaq cəhdinin qarşısı alınıb.
İran rəsmilərinin bildirdiyinə görə, əsasən Əfqanıstan və Pakistanla zəif mühafizə olunan sərhədin yerləşdiyi İranın cənub-şərqində fəaliyyət göstərən islamçı yaraqlı təşkilat olan “Ceyş əl-Adl” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top