
Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında nominal orta aylıq əmək haqqına görə Qazaxıstan Rusiyanın önünə keçərək ilk sırada qərarlaşıb.
Yeniavaz.com MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən açıqlanan sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin yekunlarında Qazaxıstanda orta aylıq əmək haqqı 807 dollara (360 min 765 tengə) bərabər olub.
Qazaxıstandan sonra ikinci sırada Rusiya qərarlaşıb. Bu ölkədə orta aylıq əmək haqqı 775 dollar (70 min 969 rubl) olub.
Azərbaycan bu siyahıda 5-ci sırada yer alıb. Azərbaycanda orta aylıq əmək haqqının məbləği 549 dollar (933,8 manat) olub.
Ermənistanda isə orta aylıq nominal əmək haqqı Azərbaycanla müqayisədə 150 dollar çox olub. Belə ki, ötən il Ermənistanda orta aylıq əmək haqqının məbləği 700 dollar (269 994 dram) təşkil edib.
MDB-nin digər ölkələrind’ orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:

Elnur Əli