
“Rasionunuza müxtəlif mineral, lif və antioksidantla zəngin meyvələr yemək bədəninizdə xroniki iltihabın səviyyəsini azaltmağın ən xoş yoludur”.
Yeniavaz.com xəbər verir ki, bunu diyetoloq Trista Best "Eat This, Not That!”
Mütəxəssisin sözlərinə görə, iltihab immunitet sisteminin təbii reaksiyasıdır, lakin xroniki iltihab ürək xəstəliklərinə, 2-ci tip diabetə və hətta xərçəngə səbəb ola bilər:
“Riskləri minimuma endirmək üçün mümkün qədər çox meyvə və giləmeyvə yeyin. Bədəndə iltihabı azaldan qidalar qaragilə, çiyələk, moruq və böyürtkəndir. Onlar antioksidantlar, flavonoidlər, C vitamini ilə zəngindir. Pəhrizinizə mütləq ananas daxil etməlisiniz. Bu tropik meyvənin tərkibində ödəmi azaltmağa kömək edən güclü antiinflamatuar xüsusiyyətlərə malik bir ferment olan bromelain var. Ananas həm də immunitet sistemini gücləndirən C vitamini mənbəyidir. Ananasın və ya onun şirəsinin müntəzəm istifadəsi xüsusilə artrit zamanı iltihabı aradan qaldırır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır”.
Best qeyd edib ki, monodoymamış yağlar və E vitamini ilə zəngin olan avokado da iltihabı azaltmağa kömək edir:
“Bundan əlavə, bu məhsul qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir və ürək-damar sağlamlığına faydalı təsir göstərir. Portağal və digər sitrus meyvələri C vitamininin əla mənbəyidir; gündə iki dəfə cəmi 500 milliqram C vitamini qəbul etmək iltihabı azaltmağa və immunitet sistemini gücləndirməyə kömək edəcək. Həmçinin daha çox albalı və alma yemək tövsiyə olunur, çünki onlar artrit və gut simptomlarını aradan qaldıran və həzmi yaxşılaşdıran antioksidanlarla zəngindir. Almalar antiinflamatuar və antioksidan xüsusiyyətlərə malik flavonoid olan quercetin mənbəyidir”.
Tətbiqimizi yükləyə bilərsiniz