Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın ortamüddətli inkişaf proqramı çərçivəsində inflyasiyaya son qoymaq əzmində olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, hüquq-mühafizə orqanlarının nümayəndələri ilə Ankaradakı prezident sarayında keçirilən iftar süfrəsində danışıb.
O, ilin ikinci yarısında inflyasiyanın azaldılması planlarını təsdiqləyib:
“Biz iqtisadi sahədə yol xəritəsi olan orta müddətli proqramımızı və 12-ci iqtisadi inkişaf planını həyata keçirmək əzmindəyik. Ümid edirəm ki, ilin ikinci yarısında inflyasiyanın azalmasının şahidi olacağıq”.
Qeyd edək ki, inflyasiyanın azaldılması planları çərşənbə günü Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçirilən İqtisadi Koordinasiya Şurasının iclasından sonra açıqlanıb. Milli Statistika İnstitutunun mart ayında Türkiyədə inflyasiya məlumatlarını açıqlamasından sonra şura toplanıb. Fevraldakı 67,07% ilə müqayisədə 3,16% artaraq 68,5% təşkil edib. 2023-cü ilin sonunda Türkiyədə inflyasiya rəsmi olaraq 64,77% təşkil edib. Türkiyə Mərkəzi Bankı 2024-cü ilin sonuna inflyasiyanın 36%-ə qədər azalacağını proqnozlaşdırır.