“Anti-Azərbaycan mahiyyəti daşıyan bu addımlar təxribatlara gətirib çıxaracaq”


“Məndə olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub”.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyev bunu ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.
Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Antoni Blinken öz növbəsində 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top