Lekornu və Şoyqu 2022-ci ilin oktyabrından bəri ilk dəfə telefonla danışdı


Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Monde” Fransa departamentinin bəyanatına istinadən məlumat yayıb.
Şoyqu ilə söhbətində Lekornu “Crocus City Hall”da baş verən terror aktını qətiyyətlə pisləyib və Fransanın qurbanlar və onların ailələri ilə həmrəy olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, Fransanın bu terror aktında Ukraynanın əli olduöuna dair heç bir məlumatı yoxdur. Nazir Rusiya hakimiyyətini “Crocus” faciəsindən istifadəni dayandırmağa çağırıb.
Fransalı nazir həmçinin Rusiyanın Ukraynada açdığı işğalçılıq müharibəsini birmənalı şəkildə pisləyib və xatırladıb ki, Fransa Ukraynanı azadlıq və suverenlik uğrunda mübarizəsində, həmçinin Avropa qitəsində sülh və təhlükəsizlik naminə lazım olduğu qədər və intensiv şəkildə dəstəkləməyə davam edəcək.
Nəşr qeyd edir ki, bu, Rusiya və Fransa müdafiə nazirləri arasında 2022-ci ilin oktyabrından bəri ilk söhbətdir.
Rusiya Müdafiə Nazirliyi nazirlər arasında söhbət barədə məlumat verməyib.

DİGƏR XƏBƏRLƏR

Top