
Martın sonunda Türkiyədə inflyasiya bir ay əvvəllə müqayisədə 3,16% artaraq, illik 68,5% təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Statistika İnstitutu məlumat yayıb.
Eyni zamanda, ENAG müstəqil iqtisadçılar qrupu mart ayında respublikada inflyasiyanın səviyyəsini illik hesablamada 124,63% kimi qiymətləndirib. Qrupun məlumatına görə, fevralın sonunda illik inflyasiya 121,98% təşkil edib.
Bir çox analitiklər isə Türkiyədə aylıq inflyasiya artımının 3,67% səviyyəsində gözlənildiyini bildiriblər.
Türkiyənin maliyyə naziri Mehmet Şimşək isə “X” sosial şəbəkə səhifəsində mart ayında aylıq inflyasiyanın proqnozlara uyğun olaraq aşağı düşdüyünü bildirib.
Qeyd edək ki, 2023-cü ilin sonunda Türkiyədə inflyasiya rəsmi olaraq 64,77% təşkil edib.
Türkiyə Mərkəzi Bankı 2024-cü ilin sonunda inflyasiyanın 36%-ə qədər azalacağını proqnozlaşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz