Ermənistana köçən Xankəndi sakini həbs edildi – Casusluqda ittiham olunur


Martın 29-da öz istəyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin müşayiəti ilə Xankəndidən Ermənistana köçürülən Sarqis Qalstyan burada həbs edilib.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, o, casusluqda ittiham olunur.
Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat yayıb.
Qeyd olunur ki, həyat yoldaşı Marqarita Şahnazaryan da onunla birlikdə Ermənistana köçüb. Lakin M. Şahnazaryan saxlanılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top