
Xəbər verdiyimiz kimi, aprelin 1-də Ermənistanda fəaliyyət göstərən “Joxovurd” qəzeti Baş nazir Nikol Paşinyanın istefa verəcəyi barədə məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, Ermənistan Nazirlər Kabineti Nikol Paşinyanın istefaya getməsi ilə bağlı məlumatları təkzib edib.
“Xahiş edirəm, bu cür nəşrləri ciddi qəbul etməyin”, - qurumun yaydığı məlumatda deyilir.
Yalnız bundan sonra iddianı yayan nəşr saytda dərc olunan məlumatın aprelin 1-i ilə bağlı zarafat xarakteri daşıdığını bəyan edib. Qeyd olunub ki, hətta onlar bununla bağlı əvvəlcədən xəbərdarlıq da ediblər.
Nəşr indi sözügedən məlumatı dərc etdiklərinə görə təzyiqə məruz qaldıqlarını da bəyan edib.
Qeyd edək ki, Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur.