Ərdoğan İraqa gedəcək – KİV


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra ilk dəfə aprelin 22-də İraqa səfər etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.
Məlumata görə, Bağdada səfərə son bir neçə həftə ərzində fəal şəkildə hazırlıq gedir. Ərdoğanın İraqdakı səfərində terrorizmlə mübarizə sahəsi də daxil olmaqla bir sıra saziş və memorandumların imzalanması nəzərdə tutulur.
Digər tərəfdən, Ankara yayda Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK terror təşkilatına qarşı yeni hərbi əməliyyatını planlaşdırır və bu əməliyyatın maraqlarına uyğun olaraq, birgə fəaliyyət məsələlərində İraq hakimiyyətinin dəstəyini almağa çalışır.
Telekanalın xəbərinə görə, aprelin 24-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də Ankaraya gəlməyi planlaşdırır. Bu, Almaniya rəhbərliyinin son 10 ildə prezidentlər səviyyəsində ilk səfəri olacaq. Danışıqların gündəliyinə Avropaya inteqrasiya, təhlükəsizlik, iqtisadi-ticari əməkdaşlıq məsələləri daxil olacaq. Bununla yanaşı, “Eurofighter” qırıcılarının Türkiyəyə satılması məsələsi də həll olunmamış qalır. Almaniya bu konsorsiumun iştirakçısı kimi hələlik bu sövdələşməyə razılıq verməyib.
Ərdoğanın may ayında ABŞ-a da səfəri, həmçnin Amerika lideri Co Baydenlə görüşü gözlənilir. May ayında, həmçinin Misir Prezidenti Əbdülfəttah əs-Sisinin və Yunanıstan Baş naziri Kiriakos Mitsotakisin Türkiyəyə səfəri nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top