Qızılın qiyməti ən yüksək həddinə çatdı


Ticarət platformasının məlumatlarına görə, “Comex” birjasında ticarət zamanı qızılın qiyməti yeni tarixi maksimuma çatıb.
Yeniavaz.com
 ticarət platformasının saytına istinadla xəbər verir ki, qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, 1 troy unsiyası üçün 2,3 min dolları ötüb.
Belə ki, son məlumatlara görə, qiymətli metalın qiyməti 1 troy unsiyası üçün 2300,2 dollar (+1,23%) təşkil edib.
Qeyd edək ki, martın 21-də də qızılın qiyməti yeni tarixi rekorda imza atıb. Birjada qiymətli metalın qiyməti ilk dəfə olaraq 1 troy unsiyası üçün 2200 dolları ötüb.
Bundan əvvəlki rekord isə martın 7-də qeydə alınıb. Bu zaman qızıl 1 troy unsiyası üçün 2160 dollar həddini keçib.

DİGƏR XƏBƏRLƏR

Top