Tayvanda baş verən zəlzələ nəticəsində ən azı 963 nəfər xəsarət alıb.
Yeniavaz.com xəbər verir ki, bu məlumatı Tayvanın fövqəladə hallar qərargahının nümayəndəsi brifinqdə açıqlayıb.
Bildirilir ki, xəsarət alanların çoxu Sinbey (248 nəfər) və Hualien dairəsində (176) qeydə alınıb. 9 nəfərin öldüyü deyilir.
Qərargah nümayəndəsi qeyd edib ki, daha 143 nəfər kömək gözləyir.
***08:53
Aprelin 3-də səhər saatlarında Okinavanın cənub-qərbində 7,7 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib.
Qeyd olunub ki, bundan sonra hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edilib.
Tayvanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olub.
“Zhongshi Xinwenwan” portalının məlumatına görə, 4 nəfər ölüb, 97 nəfər yaralanıb.
Çin sunami təhlükəsinin ən yüksək səviyyəsini elan edib və zəlzələ ilə bağlı vəziyyəti izlədiyini və yardım göstərməyə hazır olduğunu bildirib.