“Ukrayna liderlərinin terror aktında əli varsa, onları məhv etmək lazımdır”


“Crocus City Hall”da törədilən terror aktında Ukrayna rəhbərliyinin əli olduğu təsdiqlənərsə, onları Stepan Banderanın taleyi gözləyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram kanalında bildirib.
O qeyd edib ki, terror aktının arxasında “Azov” nümayəndələri, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və ya Ukrayna prezidenti Volodimir Zelenskinin olduğu barədə kifayət qədər sübutlar əldə edilsə belə, onların Beynəlxalq Cinayət Məhkəməsində və ya digər oxşar orqanlarda mühakimə edilməyəcəyindən əmindir:
“Rusofob konsensus və Təhlükəsizlik Şurasında Anglo-Sakson veto hüququna görə BMT-də belə bir qərarın qəbul edilməsi qeyri-realdır. Nə edək? Müharibədən sonra SSRİ MTN-nin mərdliklə etdiyi kimi, Banderanın “donuzlarını” məhv etmək. Fürsət gələndə isə liderləri sıradan çıxarmaq. Konovalts və Bandera kimi. Kiyevdə və ya başqa bir münasib yerdə”.

DİGƏR XƏBƏRLƏR

Top