
İsrailin Londondakı səfiri Tzipi Hotoveli Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bildirilir ki, buna səbəb İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində krallığın üç vətəndaşı həlak olmasıdır.
Qeyd olunur ki, Hotoveli ilə görüşü Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Endryu Mitçel keçirib.
“Mən üçü britaniyalı da daxil olmaqla yeddi “World Central Kitchen” yardım işçisinin dəhşətli qətlini Hökumətin birmənalı şəkildə pislədiyini bildirdim. Mən tez və şəffaf istintaq aparılmasını, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını və məsul şəxslər üçün tam məsuliyyətə cəlb olunmasını tələb etdim”, - Mitçel bildirib.
O vurğulayıb ki, Hotoveli ilə söhbət zamanı o, münaqişənin həlli üçün dərhal effektiv mexanizmin yaradılmasının və Qəzza sakinləri üçün humanitar yardımın artırılmasının vacibliyini qeyd edib:
“Bizə yardım çatdırmaq və girovları çıxarmaq və sonra davamlı atəşkəsə doğru hərəkət etmək üçün təcili humanitar fasilə lazımdır”.
Xatırladaq ki, çərşənbə axşamı günü müxtəlif təbii fəlakətlərin qurbanlarını pulsuz yeməklə təmin edən “World Central Kitchen” təşkilatı işçilərinin Qəzza zolağının mərkəzi bölgəsində olarkən avtomobillərinin vurulması nəticəsində həlak olduqları barədə məlumat alıb. Ölənlər arasında Avstraliya, İrlandiya və Polşa vətəndaşlarının da olduğu bildirilib.
İsrail Müdafiə Qüvvələri faciəli insan itkisi ilə nəticələnən insidentlə bağlı araşdırmaya başladığını açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari təşkilat rəhbərliyinə və vətəndaşları həlak olan ölkələrə başsağlığı verib.
Tətbiqimizi yükləyə bilərsiniz